“Şeytan qayınana da həbs olunmalıdır” – Jurnalistdən ÇAĞIRIŞ

“Şeytan qayınana da həbs olunmalıdır” – Jurnalistdən ÇAĞIRIŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Düşünürəm ki, şeytan qayınana da həbs edilməlidir! Çünki qətl planında 100 faiz onun əli və əməyi var.

Tribuna.az xəbər verir ki, bu təklifi jurnalist, Azadqadın.az saytının rəhbəri Aynur Qurbanqızı irəli sürüb.
Onun fikrincə, şəhidin xanımını öldürən qayınata hadisəni qayınananın təkidi ilə törədib:


“Demək, arvad necə plan cızıbsa, həm 20 il əvvəl boşandığı başdanxarab ərini həbsə atdırmaqla ondan qurtulub, həm də arxasınca “vedrə” qoşduğu gəlinindən.
Adama deyərlər, 20 il əvvəl ayrıldığın və sizinlə birlikdə yaşamayan kişi niyə gəlinə onu tikə-tikə doğrayacaq qədər nifrət etsin?

Lap tutaq ki, gəlin qayınananın iddia etdiyi kimi “pis yolda” olub. Bunu qayınata haradan bilir?

Demək, bu gerizəkalı kişinin beynini dayanmadan dolduran və qətlə qızışdıran şeytan bir qadın var! Bu da qayınanadır.

Əgər qayınana deyirsə ki, gəlinim düzgün yolda deyildi və mən bunu qəbul etməyib onu ailədən uzaqlaşdırdım, deməli, ciddi şəkildə problemli qadındır.

Çünki, əvvələn, düzgün olmayan yol hər kəsə görə fərqli anlayışdır. Qadın duldur, subaydır və təbii olaraq birini sevə bilər. Bu, mənim kimi normal düşünənlərə görə sağlam davranışdır, amma cahil şəxslər üçün əxlaqsızlıqdır.

Və subay bir qadının hansısa kişi ilə danışmasına görə onu uşaqlarından ayırmaq haqsızlıq və zülmdür.
Üstəlik, bu məsələni böyüdüb, keçmiş ərini qızışdırıb, gəlini öldürtmək artıq cinayətdə rolu olması anlamına gəlir. Və ümid edirəm ki, iki uşağı anasız qoyan bu qayınana da cəzasını alar”.

A.Qurbanqızı bildirib ki, qayınana yaxşı insan olsaydı, lap gəlin kimləsə danışıb-görüşürdüsə, bunu anlayışla qarşılayar, hətta kimsə dedi-qodu etsə, ağzından vurar, ona arxa-dayaq çıxardı:
“Çünki əri ölmüş 30 yaşında gənc qadın tənhalığa məhkum oluna bilməz. Nədi-nədi, qayınana qəbul etmir…
Və bu sadəcə qayınananın iddiasıdır.

Əgər məsələ sadəcə əxlaq mövzusudursa, niyə qətldən sonra qayınata hələ gəlinin çantasını utanmazcasına eşələyib kartları götürüb və gətirib arvadına verib?”.

Gülşən Rəsul.