Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “AzərİnşaatLayihə” Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutunun keçirdiyi tenderin nəticəsi ləğv olunub.
Tribuna.az xəbər verir ki, bununla bağlı açıq mənbələrdə məlumat yayılıb.
Məlumatda bildirilir ki, tender instituta xidməti minik avtomobilin alınması məqsədi üçün elan edilibmiş. Həmçinin o da qeyd edilib ki, sözügedən qurum 1 ədəd “Cip” markalı avtomobil almağı hədəfləyibmiş. Bu məqsədlə 112 min 433 manatlıq büdcə də nəzərdə tutubmuş.
Rəsmi qaynaqlarda qeyd edilir ki, tenderin ləğvinə səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olması olub. Bu isə qanunverciliyin 36.1.1.-ci maddəsinin pozulması deməkdir.
Tribuna.az onu da bildirir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “AzərİnşaatLayihə” Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutuna hazırda Səxavət Böyükbala oğlu Əsədov başçılıq edir. O, bu vəzifəyə 2021-ci ildə təyin olunub.
Fərda Uğur









