Bölgələrdəki otellərə getməyə dəyərmi? – QİYMƏTLƏR

Bölgələrdəki otellərə getməyə dəyərmi? – QİYMƏTLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın bölgələrində istirahət mərkəzlərinin həm qiymətləri, həm xidmət səviyyəsi fərqlənir.

Tribuna.az bir araşdırma aparıb və vəziyyəti öyrənib.

Məlum olub ki, sosial media platformalarında öz fəaliyyətini reklam edən turizm obyektləri heç də deyildiyi kimi deyil.

Vətəndaşlar qeyd edirlər ki, o məkanlara gedəndə fərqli vəziyyətlə üzləşirlər. Biz isə son vaxtlar ən çox reklamı qarşımıza çıxan otellərin qiymətlərini təqdim edirik:

Məsələn, Şamaxıda “Göy qurşağı” indi adambaşı gününü 90 manata təklif edir. Yalnız səhər yeməyi daxildir. Nabranda yerləşən “Caspian Sea resort” 80 manatdan başlayır və qiymətə gündə 3 dəfə qidalanma aiddir. Qaxda yerləşən “Hilltop heaven” 2 nəfərlik bir otağı 110 manata təklif edir.

“Cənnət bağı” isə Xızı və Qubada öz otel otaqlarını və kotteclər günə 90-110 manat arası təklif edir.

İsmayıllıda yerləşən “Castle resort spa” 120-145 manatdır və səhər yeməyi daxildir.

Təbii ki, günü 60 manat olan məkanlar da var. Onların açıq hovuzu yoxdur.

Həsən Ağa