“İran İnternational” telekanalı İranda külli miqdarda yeyinti ilə müşahidə olunan korrupsiya ilə bağlı məlumat yayıb.
Tribuna.az xəbər verir ki, söhbət təxminən 11 milyard dollarlıq neft gəlirlərinin mənimsənilməsi ilə bağlı genişmiqyaslı korrupsiyadan gedir.
Məlumatda deyilir ki, prosesdə yüksək vəzifəli dövlət və təhlükəsizlik rəsmilərinin övladları da iştirak edib. Məsələ İran parlamentinin İqtisadi Komissiyasının üzvü Hüseyn Səmsaminin açıqlaması ilə alovlanıb.
Millət vəkili sxemin əsas iştirakçılarından biri kimi Hüseyn Ağayarinin adını çəkib.
Məlumata görə, onun nəzarətində olan şəbəkədə Əli Şəmxaninin ailə üzvü və yüksək vəzifəli şiə ruhanisi Müctəba Bormehenin oğlu da daxil olmaqla bir sıra tanınmış şəxslərin övladları yer alıb.
Fərda Uğur









