İranla ABŞ arasında davam edən gərginlik fonunda tərəflərin bir birini təhdid etməsi artıq gündəlik normaya çevrilib.
Tribuna.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın açıqlamalarına Tehrandan da ağır cavablar gəlir.
Belə ki, Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyini bildirib. Ardından isə deyib ki, o, istəsə İrana ağır zərbələr endirib, məhv edə bilər. “İstəsəm İranı məhv edə bilərəm. Lakin mən bunu istəmirəm”.
İranın dini lideri Müctəba Xameneyinin müşaviri Məhəmməd Möhbər isə bəyan edib ki, əgər İranın şərtləri yerinə yetirilməzsə, hücum müharibəsi başlayacaq.
Fərda Uğur









