Qriqroyanın Qarabağdan köçmüş ermənilərlə əlaqəsi üzə çıxıb

Qriqroyanın Qarabağdan köçmüş ermənilərlə əlaqəsi üzə çıxıb    

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda nəşr olunan “Hraparak” qəzeti Ermənistanın sabiq Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan haqqında maraqlı bir məsələnin üstünü açıb.

Tribuna.az xəbər verir ki, nəşr Qriqoryanın Qarabağdan könüllü köçmüş ermənilərə dəstək verdiyini qeyd edib.

Qəzet yazır ki, Armen Qriqoryanın Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilməsi, Qarabağ sakinlərinin bəzi qrupları arasında kədərli əhval-ruhiyyəyə səbəb olub. “Onların kölgə kuratoru Xocavəndli Armen Gevorqyan idi. Onun vasitəsilə müxtəlif aksiyalar keçiriblər, Ermənistan hakimiyyəti ilə görüşlər təşkil ediblər və mənzil proqramından məmnunluqlarını bildiriblər, sosial şəbəkələrdə istifadə ediblər və s. Təbii ki, pulsuz əsasda yox. Bu qruplar həmçinin sosial problemləri Armen Qriqoryan vasitəsilə həll ediblər, Avropa donor şirkətləri ilə əlaqə qurublar”.

Fərda Uğur