SƏRHƏDDƏ GÖRÜŞ VAR, DAHA DÖYÜŞ YOX… – EKSPERTLƏR NƏ GÖZLƏYİR ?

SƏRHƏDDƏ GÖRÜŞ VAR, DAHA DÖYÜŞ YOX… – EKSPERTLƏR NƏ GÖZLƏYİR ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının bir iclasından nəticə gözləmək doğru olmaz, ancaq bu, fərqli maraqları olan müxtəlif vasitəçi dövlətlərdə keçirilən müzakirələrdən daha faydalıdır. İl bitmək üzrədir, vasitəçilərin iştirakıyla keçirilən görüşlərdən nəticə çıxmadı. Danışıqların Vaşinqton, Brüssel və Moskva formatı Minsk Qrupu həmsədrlərini xatırlatmağa başlayıb. Bu gedişat nəticə verməyəcək.

Tribuna.az yazır ki, bu barədə danışan politoloq Elxan Şahinoğlunun fikrincə, birbaşa danışıqlara və müzakirələrə hədəflənmək lazımdır, iki ölkənin birgə işçi qrupunun formalaşmasına ehtiyac var.

Siyasi şərhçi Asif Nərimanlı isə bildirib ki, sərhədin delimitasiyası üzrə komissiyanın yaradılması ötən ilin aprelində Brüssel görüşündə razılaşdırılıb. O hesab edir ki, görüşün keçirilməsi “razılaşmaların işləməsi” baxımından Qərbin ön plana çıxması görüntüsü yaradır:

“Sərhədin delimitasiyası üzrə komissiyalar noyabrın 30-da sərhəddə görüşəcək. Bu, Bakının sülh danışıqlarının sərhəddə aparılmasına dair təklifinin tam həyata keçirilməsi olmasa da, həm ikitərəfli formatda fəaliyyətin davam etdirilməsi, həm də son dövrlər sülh danışıqları üzərində üçüncü tərəflərin kəskinləşən maraq mübarizəsindən yayınmaq baxımından müsbətdir.
Tərəflər razılaşma əldə etmək üçün sovet dövrünün xəritələrinə müraciət etməlidir. Bu halda xəritələrin saxlanıldığı Rusiyanın prosesdə ən azı texniki iştirakı qaçılmaz olacaq və Moskva vasitəçiliyini önə çıxarmaq məqsədilə belə imkandan yararlanmağa çalışacaq. Xəritələrə görə Rusiyanın prosesdə iştirakçılığının güclənməsində maraqlı olmayan Qərb isə Ermənistan üzərindən prosesə müdaxilə edəcək.

Bu situasiya delimitasiya komissiyasının görüşünün nəticə verəcəyi gözləntisini azaldır”.