“Saxarov Mükafatı”nın sahibi açıqlandı

“Saxarov Mükafatı”nın sahibi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Uyğur fəal İlham Tohti “Saxarov İnsan Haqları Mükafatı”na layiq görülüb.
TİA.AZ xəbər verir ki, bu barədə Avropa Parlamenti məlumat dərc edib. İqtisadçı İlham Tohti Çində uyğurların hüquqları uğrunda mübarizəsinə görə “Saxarov Mükafatı”nı qazanıb. O, 2014-cü ildə separatçılıq ittihamlarına görə Çin hökuməti tərəfindən ömürlük azadlıqdan məhrum edilib.
Qeyd edək ki, İ.Tohti bu ayın əvvəllərində Avropa Şurası tərəfindən “Haclav Havel İnsan Haqları Mükafatı”na layiq görülmüşdü.