1 ildən çoxdur Ukrayna ilə müharibə aparan və məhz bu səbəbdən dünyanın dörd bir yanında baykot edilən Rusiyada mal ətinin qiymət Azərbaycanda satılan ətin qiymətindən dəfələrlə ucuzdur.
Tribuna.az yazır ki, bu barədə Rusiyada yaşayan azərbaycanlı Rəfail Ağayev yazıb. O bildirib ki, hazırda Rusiyada mal ətinin qiyməti 10-11 manatdır.
“Bu günə 100 rubl 1 manat 80 qəpikdən də aşağıdır. Satışda olan mal ətinin qiyməti 629-639 rubldur. Bu sümüksüz ətin qiymətidir”.
Qeyd edək ki, hazırda Azərbaycanda mal ətinin kilosu 14-16 manat arasında təklif edilir. Sonuncu dəfə qiymət artımı avqust ayında baş vermişdi. Mal əti təxminən 1 manat bahalaşmışdı.










