İyulun 14-dən 2022-2023-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start veriləcək.
Təhsil Nazirliyindən TİA.AZ-a verilən xəbərə görə, test imtahanı mərhələsinin keçiriləcəyi tarix və yer barədə məlumat namizədlərin şəxsi səhifələrinə artıq göndərilib.=Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.









