Ronaldonun qırmızı vərəqəsinə etiraz edəcəklər

Ronaldonun qırmızı vərəqəsinə etiraz edəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Portuqaliya Futbol Federasiyası millinin kapitanı Kriştiano Ronaldonun DÇ-2026-nın seçmə mərhələsində İrlandiya ilə oyunda (2:0) qırmızı vərəqə alması ilə bağlı şikayət edəcək.

Tribuna.az xəbər verir ki, bu barədə “Record” məlumat yayıb.

Belə ki, 40 yaşlı hücumçu həmin qırmızı vərəqəyə görə 2-3 oyunluq cəzalandırıla bilər. Bu da onun üçün DÇ-2026-nın final mərhələsinin ilk turlarını buraxmaq riski yaradır.

FPF tezliklə FİFA-ya 40 yaşlı futbolçunun cəzasının yüngülləşdirilməsi lehinə arqumentlər təqdim edəcək.

Qeyd edək ki, Ronaldo sözügedən görüşdə irlandiyalı müdafiəçi Dara Oşiyə dirsəklə vurduğuna görə qırmızı vərəqə alıb.