Qurban Qurbanovla Emin Əmrullayevin fərqi…

Qurban Qurbanovla Emin Əmrullayevin fərqi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avroliqada uğurlu iştirakına görə, “Qarabağ” FK UEFA-dan bu il 65 milyon avro mükafat aldı. Bu məbləğ bizim 50 universitetin 35 ildə elm və innovasiyadan qazandığı məbləğdən 65 dəfə çoxdur. Hər bir işin nəticəsi onun menecerinin peşəkarlığından asılıdır.

Tribuna.az xəbər verir ki, bu sözləri dosent, Ali təhsil üzrə ekspert İlham Əhmədov bildirib. O qeyd edib ki, peşəkar menecer futbola elm kimi baxır, səriştəsiz menecer isə elmə futbol kimi:

“Qurban Qurbanov deyir ki, elm kimi futbol da inkişaf edir.
Sitat – “Avropada futbola böyük yatırımlar edirlər. Futbol o deyil ki, 11 nəfər meydana çıxdı, oynadı. Vacib o qədər detallar var ki. İnfrastruktur, bərpa, sağlamlıq və s. Çox geridəyik. Azərbaycan reallığında belə uğur qazandıq, böyük təcrübə topladıq”.

“Qarabağ” FK qazandığı 65 milyon avro sadəcə maliyyə göstəricisi deyil. Bu, sistemli idarəetmənin, planlı inkişafın və nəticəyə yönəli menecmentin göstəricisidir.

Elm-təhsil sisteminin gəliri isə onların elmi potensialından çox, idarəetmə modelinin güzgüsüdür.

E. Əmrullavev isə deyir ki, mən ölkədə alim tanımıram.

Yaxşı nəticə heç vaxt təsadüfi olmur. Nəticə, ya sistemin məhsuludur, ya da sistemsizliyin, ya peşəkarlığın məhsuludur, ya da səriştəsizliyin.

Peşəkar menecer futbola elm kimi baxır. Səriştəsiz menecer elmə futbol kimi baxır.
Fərq bu qədər sadə”.

Gülşən Rəsul