QIZILCA VƏ BAŞQA XƏSTƏLİKDƏN DƏRSƏ GETMƏYƏNLƏR NİYƏ İMTAHANA BURAXILMIR?  – EKSPERT SƏBƏBİ AÇIQLADI

QIZILCA VƏ BAŞQA XƏSTƏLİKDƏN DƏRSƏ GETMƏYƏNLƏR NİYƏ İMTAHANA BURAXILMIR? – EKSPERT SƏBƏBİ AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şagird və tələbələr arasında qızılca xəstəliyinə tutulmuş şəxslər var. Həmçinin bədbəxt hadisə nəticəsində xəsarət alan tələbələr də olur. Bu zaman onların dərsdə iştirak etməməsi üzürlü hesab olunmur. İnsani nöqteyi-nəzərdən düşünə bilərik ki, bu məcburi dayanmadır və bu halın aradan qaldırılması həmən şəxsin əlində deyil. Amma qüvvədə olan qaydalara əsasən istənilən halda məktəblinin, tələbənin dərsdən qalması üzürlü sayılmır və qaibi yazılır.

Tribuna.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov qızılcaya və ya hansısa yoluxucu xəstəliyə yoluxmuş tələbələrə, şagirdlərə qaib yazılması problemindən danışarkən deyib. K.Əsədov bildirib ki, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda qeyd olunur ki, təhsil alan bir fənn üzrə dərsin 25 faizində olmasa, imtahana buraxılmamalıdır:

“Maddə: 3.2.23. Fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə (Gənclər və İdman Nazirliyinin Kollegiyası tərəfindən idman növləri üzrə təsdiq edilmiş milli yığma komandaların üzvləri olan idmançı-tələbələr istisna olmaqla) həmin fəndən imtahana buraxılmır. Bu hədd ali təhsil müəssisəsi tərəfindən azaldıla bilər.
Yəni universitet, kollec öz fəaliyyətini qüvvədə olan qanunvericilik aktlarına istinadən təşkil edir.
Tələbə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət ala, yoluxucu xəstəliyə düçar ola bilər. Bu zaman onun tibbi məntəqədə xəstəliyə aid qeydiyyat vərəqi (kartoçka) açılır. Amma bu səbəb ona dərsdə iştirak etməməsini üzürlü saymağa əsas vermir. Və tələbənin bu və ya digər səbəblərdən semestr müddətində tələb olunan müddətdən artıq dərsdə iştirak etməməsi onun həmin fəndən imtahanda iştirak etməsini məhdudlaşdırır və tələbə o fəndən kəsilmiş hesab olunur”.

Ekspert həmçinin əlavə edib ki, universitet rəhbərliyinin daxili nizamnaməsinə görə istərsə (amma məcbur və borclu deyil) o tələbənin qaiblərini üzürlü hesab edə bilər.