Amerikalı Castin Qetji UFC-324 turnirində yüngül çəkidə müvəqqəti çempionluq kəməri uğrunda döyüşdə britaniyalı Peddi Pimbleti məğlub edib.
Tribuna.az xəbər verir ki, ABŞ-nin Las-Veqas şəhərində baş tutan görüş beş raund davam edib.
Hakimlərin yekdil qərarı ilə Qetji qələbə qazanıb (48-47, 49-46, 49-46).
Qeyd edək ki, 37 yaşlı Qetjinin MMA-da 27 qələbəsi və beş məğlubiyyəti var.









