Qazaxıstanda növbədənkənar Prezident seçkiləri keçiriləcək

Qazaxıstanda növbədənkənar Prezident seçkiləri keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev açıqlayıb.

Onun sözlərinə görə, seçkilər payızda təşkil olunacaq. Tokayev özü də seçkilərdə namizədliyini irəli sürəcək.

Tokayev, həmçinin prezident səlahiyyətinin 7 il müddətə yalnız 1 dəfə seçilməklə tətbiq edilməsini təklif edib.

Qeyd edək ki, Qazaxıstanda sonuncu dəfə Prezident seçkiləri 2019-cu ildə baş tutub. Bu zaman Kasım-Jomart Tokayev səslərin 70,96%-ni toplayaraq Prezident seçilib. Onun səlahiyyət müddəti 2024-cü ildə başa çatır.