Misli Premyer Liqasının 31-ci turu davam edir.
Tribuna.az xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.
Günün ilk matçında “Qəbələ” öz meydanında “Qarabağ”ı qəbul edəcək. Hazırda turnir cədvəlində Ağdam klubu 62 xalla 2-ci, “qırmızı-qaralar” isə 20 xalla 11-cidir.
İlk iki dövrədə bu komandaların oyunlarında sevinən tərəf “Qarabağ” olub. Ağdam klubu ilk dövrədə 2:0, daha sonra isə 2:1 hesabı ilə qalib gəlib.
İkinci qarşılaşmada isə “Sumqayıt” “Araz-Naxçıvan”ı sınağa çəkəcək. Sona 3 tur qalmış Naxçıvan təmsilçisi 40 xalla 6-cı, “Sumqayıt” isə 38 xalla 7-ci pillədə qərarlaşıb.
Cari mövsüm bu komandalar arasında keçirilən matçlarda tərəflər hərəyə bir qələbə qazanıblar. “Sumqayıt” rəqibini 3:2, “Araz-Naxçıvan” isə 1:0 hesabı ilə məğlub edib.
9 may
17:00. “Qəbələ” – “Qarabağ”
Baş hakim: İnqilab Məmmədov
Qəbələ şəhər stadionu
19:30. “Sumqayıt” – “Araz-Naxçıvan”
Baş hakim: Rəvan Həmzəzadə
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
10 may
17:00. “Turan Tovuz” – “Karvan-Yevlax”









