“Qalatasaray” 6 qol buraxdı, 3 komanda 1/8 finalda

“Qalatasaray” 6 qol buraxdı, 3 komanda 1/8 finalda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Çempionlar Liqasının qrup mərhələsində IV turun daha 8 görüşü keçirilib.
İkinci oyun günündə A, B, C və D qruplarında yer alan komandalar qarşılaşıb.
Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” “Real”la üz-üzə gəlib. Fatih Terimin baş məşqçisi olduğu komanda 0:6 hesabı ilə yenilərək 1/8 finala çıxmaq şansını itirib. İstanbul klubu son iki turda Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparacaq. Qrupun digər matçında PSJ Fransada “Brügge”ni 1:0 hesaı ilə yenərək 1/8 finala vəsiqəni təmin edib.
B qrupunda “Bavariya” 1/8 finala vəsiqəni təmin edib. Niko Kovaçı baş məşqçi postundan istefaya göndərən Münhen klubu evdə Yunanıstan “Olimpiakos”unu 2:0 hesabı ilə yenərək bu vəzifənin öhdəsindən gəlib. Qrupun digər oyununda turnirin son fialçısı “Tottenhem” “Srvena Zvezda”nı darmadağın edib – 4:0.
“Mançester Siti” sona 2 tur qalmış qrupdan çıxmaq şansını əldən verib. “Atalanta”ın qonağı olan “şəhərlilər” bir xala razı olub – 1:1. Qrupun ikinci oyununda Zaqreb “Dinamo”su “Şaxtyor”u qəbul edib. 6 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib.
D qrupunda “Yuventus” səfərdə “Lokomotiv”ə qalib gələrək (2:1) 1/8 finala çıxıb. Qrupun digər oyununda “Atletiko” da “Bayer”i yenərək bu uğura imza ara bilərdi. Amma madridlilər səfər oyununda məğlub olub.
Çempionlar Liqası
Qrup mərhələsi
II tur, 6 noyabr
A qrupu
PSJ (Fransa) – Brügge (Belçika) 1:0
Qol: Mauro İkardi, 22.
Real Madrid (İspaniya) – Qalatasaray (Türkiyə) 6:0
Qollar: Rodriqo, 3; 7; 90+3. Serxio Ramos, 14-pen. Kərim Benzema, 45; 81.

1

PSJ

4

4

0

0

10:0

12

2

Real

4

2

1

1

9:5

7

3

Brügge

4

0

2

2

2:8

2

4

Qalatasaray

4

0

1

3

0:8

1

B qrupu
Bavariya (Almaniya) – Olimpiakos (Yunanıstan) 2:0
Qollar: Robert Levandovski, 69. İvan Perişiç, 89.
Srvena Zvezda (Serbiya) – Tottenhem (İngiltərə) 0:4
Qollar: Covani Lo Celso, 34. Heunq-Min Son, 57; 61. Kristian Eriksen, 85.

1

Bavariya

4

4

0

0

15:4

12

2

Tottenhem

4

2

1

1

13:9

7

3

Srvena Zvezda

4

1

0

3

3:13

3

4

Olimpiakos

4

0

1

3

5:10

1

C qrupu
Dinamo (Zaqreb, Xorvatiya) – Şaxtyor (Ukrayna) 3:3
Qollar: Bruno Petkovi, 25. Luka İvanuseç, 83. Arian Ademi, 89 – Alan Patrik, 13. Junior Moraes, 90+3. Tete, 90+7.
Qırmızı vərəqələr: Nikola Moro, 74 (Dinamo) – Marlos, 79 (Şaxtyor).
Atalanta (İtaliya) – Mançester Siti (İngiltərə) 1:1
Qollar: Mario Pasaliç, 49 – Rahim Sterlinq, 7.
Qırmızı vərəqə: Klaudio Bravo, 81 (Mançester Siti).

1

Mançester Siti

4

3

1

0

11:2

10

2

Şaxtyor

4

1

2

1

7:9

5

3

Dinamo

4

1

2

1

9:7

5

4

Atalanta

4

0

1

3

3:12

1

D qrupu
Lokomotiv (Moskva, Rusiya) – Yuventus (İtaliya) 1:2
Qollar: Aleksey Mirançuk, 12 – Aaron Remzi, 4. Duqlas Kosta, 90+3.
Bayer (Leverkuzen, Almaniya) – Atletiko (Madrid, İspaniya) 2:1
Qollar: Tomas, 41 (avtoqol). Kevin Volland, 55 – Alvaro Morata, 90+4.
Qırmızı vərəqə: Nadiem Amiri, 84 (Bayer).

1

Yuventus

4

3

1

0

9:4

10

2

Atletiko

4

2

1

1

6:4

7

3

Lokomotiv

4

1

0

3

4:7

3

4

Bayer

4

1

0

3

3:7

3