TİA.AZ apasport.az-a istinadən xəbər verir ki, bu günə kimi 102 dəst medaldan 87 dəsti öz sahibi tapıb.
“Ağ Olimpiada”nın 15-ci günü də lider dəyişikliyi baş verməyib. Norveç qızıl qazanmasa da, birinci pilləni qoruyub. Onlar arxada qalan gündə 1 gümüş və 1 bürünc medal əldə ediblər. Əvəzində Almaniya çempionluq sayında skandinaviyalılara çatıb. Kanada da medal kolleksiyasına 1 qızıl, 3 gümüş və 1 bürünc medal əlavə edib və bununla da üçüncü pillədə qalıb.
Medal qazanan ölkələrin siyahısına isə yeni komanda əlavə olunub. Macarıstan 1 qızıl medal hesabına 19-cu pilləyə yüksəlib. Onların cədvələ düşməsi ilə mükafat əldə edən ölkələrin sayı da 29-a çatıb.
| N | Ölkə | Q | G | B | Cəmi |
| 1 | Norveç | 13 | 12 | 10 | 35 |
| 2 | Almaniya | 13 | 7 | 5 | 25 |
| 3 | Kanada | 10 | 8 | 8 | 26 |
| 4 | ABŞ | 8 | 7 | 6 | 21 |
| 5 | Hollandiya | 7 | 6 | 4 | 17 |
| 6 | İsveç | 5 | 5 | 0 | 10 |
| 7 | Fransa | 5 | 4 | 6 | 15 |
| 8 | Avstriya | 5 | 2 | 6 | 13 |
| 9 | Cənubi Koreya | 4 | 4 | 3 | 11 |
| 10 | İsveçrə | 3 | 6 | 3 | 12 |
| 11 | Yaponiya | 3 | 5 | 3 | 11 |
| 12 | İtaliya | 3 | 2 | 5 | 10 |
| 13 | Belarus | 2 | 1 | 0 | 3 |
| 14 | Çin | 1 | 6 | 2 | 9 |
| 15 | Çexiya | 1 | 2 | 3 | 6 |
| 16 | Slovakiya | 1 | 2 | 0 | 3 |
| 17 | Böyük Britaniya | 1 | 0 | 3 | 4 |
| 18 | Polşa | 1 | 0 | 1 | 2 |
| 19 | Macarıstan | 1 | 0 | 0 | 1 |
| 20 | Ukrayna | 1 | 0 | 0 | 1 |
| 21 | ROA (Rusiya) | 0 | 4 | 8 | 12 |
| 22 | Avstraliya | 0 | 2 | 1 | 3 |
| 23 | Sloveniya | 0 | 1 | 0 | 1 |
| 24 | Finlandiya | 0 | 0 | 4 | 4 |
| 25 | İspaniya | 0 | 0 | 2 | 2 |
| 26 | Yeni Zelandiya | 0 | 0 | 2 | 2 |
| 27 | Qazaxıstan | 0 | 0 | 1 | 1 |
| 28 | Latviya | 0 | 0 | 1 | 1 |
| 29 | Lixtenşteyn | 0 | 0 | 1 | 1 |
| CƏMİ | 88 | 86 | 88 | 262 |
Milli.Az









