Play-off mərhələsinin püşkü atıldı – Avro-2020

Play-off mərhələsinin püşkü atıldı – Avro-2020

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün futbol üzrə Avropa çempionatının (Avro-2020) pley-off mərhələsinin püşkü atılıb.

15:00-da başlayan mərasimdə final mərhələsinə son 4 vəsiqəyə iddialı 16 komanda iştirak edib.

Bu komandalar arasında 4 cütlük artıq müəyyənləşmişdi. Bu gün isə digər 4 cütlük bəlli olub.

A yolu

İslandiya – Rumıniya

Bolqarıstan – Macarıstan

B yolu

Bosniya və Herseqovina – Şimali İrlandiya

Slovakiya – İrlandiya

C yolu

Şotlandiya – İsrail

Norveç – Serbiya

D yolu

Gürcüstan – Belarus

Şimali Makedoniya – Kosovo

Qeyd edək ki, bu komandalar A, B, C və D yolunda yarımfinal və final oyunlarında iştirak edəcək. Hər qrupda dörd komanda yer alacaq və onlardan ən güclüsü qitə çempionatına vəsiqə qazanacaq.

Xatırladaq ki, yarımfinallar gələn il martın 26-da, final matçları isə martın 31-də keçiriləcək.