NASA daha bir qorxulu iddia ilə gündəmə gəlib.
Qaynarinfo xəbər verir ki, kosmos araşdırmalar mərkəzinin izlədiyi bir göy cisminin sürətlə yer kürəsinə yaxınlaşdığı deyilir. NASA planetimizlə toqquşma ehtimalı olan astroidlə bağlı bəzi detalları açıqlayıb.
Bildirilib ki, mümkün toqquşma zamanı böyük enerji yaranacaq. NASA tədqiqatçıları astroidin dünya ilə toqquşması nəticəsində hansı ssenari ilə qarşılaşa biləcəyimizi də hesablayıblar.
Məlumata görə, “2010 RF” adı verilən göy cisminin qarşıdakı 100 ildə Dünya ilə toqquşma ehtimalı 5,3 faizdir. Astroid ölçülərinə görə kiçik olsa da yüksək sürətə sahib olduğundan təsirinin də böyük olacağı bildirilir. Saniyədə 5,1 kilometr məsafə qət edən göy cismi 18360 km/saat sürətlə hərəkət edir. Atmosferlə təmasa girdikdə isə sürətin saatda 44 min kilometrə çatacağı deyilir. NASA ağırlığı təxminən 500 ton olan qaya parçası ilə bağlı güclü tədbirlər görülməsində fayda olduğunu qeyd edir.
Planetimizlə toqquşma ehtimalı olan astroidin ən tezi 5 sentyabr 2096-cı ildə Dünyaya düşə biləcəyi deyilir.









