Dünən Ermənistanın Vaqarşapat bölgəsində keçirilən yerli seçkiləri baş tutub.
Tribuna.az xəbər verir ki, 45 faizə qədər seçicinin qatıldığı seçkiləri hakim Mülki Müqavilə Partiyası udub.
Son sayımdan sonra məlum olub ki, MMP ümumi səslərin 50.1 faizini qazanıb. Müxalifətin “Qələbə” bloku isə 30 faiz səs toplayaraq, ikinci olub.
Qeyd edək ki, bu seçkilər Ermənistanın baş naziri Nikol Paşinyan üçün çox önəm daşıyırdı. Çünki Gümrüdən sonra ikinci ən vacib siyasi mərkəzi əldən versəydi, gələn ilin parlament seçkilərində məğlubiyyəti qaçılmaz olacaqdı. Həmçinin bu bölgədə ermənilərin əsas idoloji bazası olan Eçmizədin kilsəsi yerləşir. Vaqarşapatdakı qələbə, eyni zamanda Paşinyanın kilsəyə hücumunun başlanmasına gətirib çıxaracaq. Bir növ bu seçkilər kilsəni bitirmək üçün qapıları açmış oldu.
Fərda Uğur









