Partiya sədrindən şəhid olan türk hərbçilərlə bağlı TƏKLİF

Partiya sədrindən şəhid olan türk hərbçilərlə bağlı TƏKLİF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

REAL Partiyasının sədri Natiq Cəfərli Gürcüstanda qəzaya uğrayan Türkiyəyə məxsus hərbi təyyarədə həlak olan hərbçilərin ailələrinə maddi yardım göstərilməsini təklif edib.


Tribuna-nın məlumatına görə, bu barədə N. Cəfərli Feysbuk hesabında yazıb.

“Dünən qəzada Şəhid olan Türkiyəli əsgərlərin fotolarına ürəyimiz sızıldamadan baxmaq olmur, gənc, vətənsevər əsgərlərimizə Allahdan rəhmət diləyirəm. F-16 təyyarəsinə texniki xidməti bacarmaq üçün illərlə oxumaq, təcrübə toplamaq lazımdır, insan yanıb-tökülür.

Düşünürəm ki, Azərbaycan dövləti, xalqımızın adından Şəhid olanların ailələrinə maddi yardım göstərsə, çox yerinə düşərdi. Hər bir Şəhid ailəsinə 50 min manat ödəniş olsa, bu cəmi 1 mln. manat edir ki, bu da Dövlət büdcəsi üçün çox kiçik məbləğdir.

Bir daha Şəhidlərimizə Allah rəhmət etsin. Amin!”.

Gülşən Rəsul