Parlament Moralesin qələbəsini ləğv etdi

Parlament Moralesin qələbəsini ləğv etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Boliviya parlamenti Evo Moralesin prezident seçkilərində qələbəsini ləğv edib.

TİA.AZ  xəbər verir ki, qəbul edilən qanunda bildirilir ki, 20 oktyabr 2019-cu il tarixdə keçirilmiş ümumi seçkilər və nəticələr etibarsız sayılır.

Prezident, vitse-prezident, senatorlar, millət vəkilləri və millətlərarası parlament orqanlarının nümayəndələrini seçmək üçün yeni ümumi seçkilərin keçirilməsi isə planlaşdırılır.