Osimhen “Qalatasaray”dan gedir? (AÇIQLAMA)

Osimhen “Qalatasaray”dan gedir? (AÇIQLAMA)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Nigeriya milli komandasının hücumçusu Viktor Osimhen milli komandanın baş məşqçisi Erik Çellenin onunla bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirib.
Tribuna.az xəbər verir ki, millinin baş məşqçisi yoxlama oyunu öncəsi Viktor Osimhenin transfer ola biləcəyini bildirmişdi. Bu açıqlama qısa zamanda geniş şəkildə yayılıb və müzakirələrə səbəb olub. Ardınca futbolçu məsələ ilə bağlı açıqlama yayıb.
“Bir qədər əvvəl Erik Çelle ilə son müsahibəsində mənim haqqımda səsləndirdiyi fikirlərlə bağlı telefon danışığı apardım. Təəssüf ki, onun sözləri kontekstdən çıxarılıb və həddindən artıq şişirdilib. O, “Qalatasaray”a böyük hörmət bəsləyir, oyunlarımızın əksəriyyətini izləyir və heç bir mübahisə yaratmaq niyyətində olmayıb. Bu söhbətə və hər zaman ölkəmi təmsil etmək fürsətinə görə minnətdaram. Onunla işləməyə davam etməyi səbirsizliklə gözləyirəm. O, böyük hörmət bəslədiyim əla baş məşqçidir. Hər kəsdən bu mövzu ilə bağlı şayiə və fərziyyələrə əhəmiyyət verməməyi xahiş edirəm. Dəstəyiniz üçün təşəkkür edirəm”, deyə Osimhen qeyd edib.
Qeyd edək ki, Erik Çelle amıqlamasında Osimhenin qarşıdakı oyunları buraxmasını belə şərh edib: “Polşa və Portuqaliya ilə iki oyunumuz var və bəzi futbolçuların vizası olmadığı üçün ciddi çətinliklərlə üzləşirik. Ən vacibi isə iki oyunçudan məhrum olacağıq – Osimhen və Lukman. Çünki Viktor Osimhen böyük ehtimalla klubunu dəyişəcək. Onun evdə qalmasına üstünlük veririk, çünki meydana çıxacağı halda özünün 100 faizini ortaya qoya bilməyə bilər və bu da yaxşı olmaz”.