Ölümcül zərbələrdən sonra iflic olan boksçu öldü – FOTO

Ölümcül zərbələrdən sonra iflic olan boksçu öldü – FOTO 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəqibinin vurduğu ölümcül zərbələrdən sonra iflic olan Puerto-Rikolu keçmiş boksçu Prichard Colon 33 yaşında vəfat edib.

Tribuna.az xəbər verir ki, Colon 2015-ci ildə Terrel Williamsla keçirdiyi döyüş zamanı başının arxa nahiyəsinə dəfələrlə qadağan olunmuş zərbələr alıb.

Döyüş zamanı bu zərbələrdən şikayət edən boksçuya qarşılaşmanı davam etdirməyə icazə verilib.

Döyüşdən sonra vəziyyəti kəskin pisləşən Colon xəstəxanaya çatdırılıb və beynində hematoma aşkarlanıb. O, təcili əməliyyat keçirib və 221 gün komada qalıb. Komadan oyandıqdan sonra isə ağır nevroloji problemlərlə üzləşib və həyatının qalan hissəsində davamlı qayğıya ehtiyac duyub.

Colon həmin döyüşə qədər peşəkar rinqdə məğlubiyyət yaşamamışdı.

O, 16 qələbə qazanmış, bunların 13-ünü nokautla başa vurmuşdu.

Williamsla qarşılaşma isə onun karyerasının son döyüşü oldu.
Boksçunun ölümünü atası və keçmiş məşqçisi Richard Colon açıqlayıb. Onun ölümünün dəqiq tibbi səbəbi barədə isə ailə tərəfindən əlavə məlumat verilməyib.

Gülşən Rəsul