Türkiyənin məşhur aktrisası Neslihan Atagül ailəsi ilə birlikdə tətilə çıxıb.
Tribuna.az xəbər verir ki, Atagül həyat yoldaşı Kadir Doğulu və oğlu Azizlə keçirdiyi istirahətdən görüntüləri sosial media hesabında paylaşıb.
Səmimi ailə fotolarında cütlüyün oğulları ilə birlikdə dəniz və günəşin dadını çıxardığı anlar əks olunub.
Aktrisa paylaşdığı kadrlarda oğlu Azizin üzünü isə göstərməyib.
Atagül və Doğulu daha əvvəl də övladlarının fotolarını paylaşarkən onun üzünü gizli saxlamağa üstünlük veriblər.
Qeyd edək ki, Neslihan Atagül və Kadir Doğulu 2016-cı ildə ailə qurublar.
Cütlüyün Aziz adlı oğlu 2025-ci ilin martında dünyaya gəlib.
Gülşən Rəsul

















