Mütəxəssislər sübut etdi: acgözlük epidemiyadır

Mütəxəssislər sübut etdi: acgözlük epidemiyadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mütəxəssislərin araşdırmasına görə, acgözlük virus kimi keçici imiş.

Belə ki, biri sizin yanınızda yemək yeyərkən siz də qeyri-iradi yemək istəyirsiniz.

Buna görə də dostları çox olanların çəkisi də çox olur.

Mütəxəssislər hətta artıq çəkinin, piylənmənin “sosial epidemiya” ola biləcəyini də deyirlər.

Tədqiqatçılar ABŞ-da yaşayış yerlərini özləri seçməyən yüzlərlə hərbçi ailəsinin həyatını araşdırıb. Nəticələr göstərib ki, bu ailələr əhali arasında piylənmənin yüksək olduğu yerə köçürsə, onların da kökəlmə riski 6% artır.

“Acgözlük virus”u tez-tez yemək yeyən hər kəsdən yoluxula biləcək “xəstəlik”dir.

Amma bunu unutmayın ki, yaxşı bir kafedə xoş söhbət sizin sağlamlığınıza və çəkinizə təsir edəcək.

Nə yediyinizə və kiminlə yediyinizə diqqət edin.