Müğənni Atiyədən hamilə səhnə performansı – Foto

Müğənni Atiyədən hamilə səhnə performansı – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli müğənni Atiye hamilə halda konsert çıxışı gündəm olub.

Tribuna.az xəbər verir ki, Karacabey Ihlamur Festivalında səhnəyə çıxan və dördüncü övladına hamilə olan sənətçi çıxışından sonra jurnalistlərinin suallarını cavablandırıb.

Atiyə həm ana, həm də sənətçi olmağın mümkün olduğunu vurğulayaraq bunları deyib:

“Mən ‘Həm uşaq dünyaya gətirərəm, həm də karyera quraram’ şüarının canlı nümunəsiyəm”.

Müğənni hamiləliyinin rahat keçdiyini, özünü yaxşı hiss etdiyini və doğuşa qədər imkan daxilində səhnədə olmağa davam edəcəyini bildirib.

Qeyd edək ki, Atiyə və prodüser həyat yoldaşı Erol Sebebci hazırda üç qız övladı böyüdür. Cütlük yaxın aylarda dördüncü övladlarını qarşılamağa hazırlaşır.

Gülşən Rəsul