Sosial şəbəkələrdə müxtəlif dillərdə insanlarla danışdığı videolarla məşhurlaşan yapon-irlandiyalı kontent yaradıcısı və poliqlot Yuji Beleza əsasən küçədə insanlara yaxınlaşıb onların ana dilində danışması ilə tanınır.
Tribuna.az xəbər verir ki, onun növbəti həmsöhbəti əfsanəvi karateçimiz Rafael Ağayev olub.
İkili arasında maraqlı dialoq izləyicilərin diqqətini çəkib. Beleza bu görüşü 7 milyonluq instaqram hesabında paylaşıb.
Həmin görüntünü təqdim edirik:









