Bosniya və Herseqovina serblərinin keçmiş hərbi lideri, “Bosniya qəssabı” ləqəbi ilə tanınan Ratko Mladiç 85 yaşında vəfat edib.
Tribuna.az xəbər verir ki, “Reuters”in yaydığı məlumata görə, Mladiç Haaqada BMT-nin nəzarətində olan cəzaçəkmə müəssisəsində dünyasını dəyişib.
Xatırladaq ki, 16 il ərzində gizlənən Mladiçin yeri 2011-ci ildə müəyyən edilib. Bundan sonra o, Haaqaya təhvil verilib. 2017-ci ildə isə soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və digər müharibə cinayətlərində təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum olunub.
Ratko Mladiç 1992-1995-ci illərdə Bosniya və Herseqovinada baş vermiş silahlı münaqişə zamanı Bosniya serb qüvvələrinin komandanı olub. 1995-ci il iyulun 11-də serb qüvvələrinin Srebrenitsa şəhərinə daxil olmasından sonra bölgədə kütləvi qətllər həyata keçirilib. Bir neçə gün ərzində 8 372 bosniyalı mülki şəxs öldürülüb və qurbanların cəsədləri müxtəlif kütləvi məzarlıqlarda dəfn edilib.
2007-ci ildə Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı Srebrenitsa və ətraf ərazilərdə törədilən qətliamı soyqırımı kimi tanıyıb.









