Moskvaya raket HÜCUMU: Evdən çıxmayın!

Moskvaya raket HÜCUMU: Evdən çıxmayın!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva vilayətində raket təhlükəsi elan olunub.

Tribuna.az -ın xəbərinə görə, Fövqəladə Halların Xəbərdarlığı üzrə Vahid Dövlət Sisteminin əhaliyə göndərdiyi bildirişdə sakinlərə evdə qalmaları, pəncərələrdən uzaq durmaları, eyni zamanda küçədə, yaxud avtomobildə olanlara yeraltı keçiddə və ya dayanacaqda sığınacaq tapmaları tövsiyə edilib.

Həmçinin, mobil internetin kəsilə biləcəyinə dair xəbərdarlıq edilib.

Bildirişdə qeyd edilib ki, PUA-ların və Hava Hücumundan Müdafiə sistemlərinin fəaliyyətini çəkmək qadağandır.

Rusiya “Teleqram” kanalları Moskvadakı Kapotnya Neft Emalı zavodunda yanğın baş verməsi barədə məlumat yaysa da, Rusiya FHN yayılan məlumatları təkzib edib. Bildirilib ki, Moskva neft emalı zavodunun ərazisində heç bir insident qeydə alınmayıb.