Rusiyanın Moskva vilayətində “Wildberries” onlayn mağazasının anbarında baş verən güclü yanğının tüstüsü 100 km-dən çox məsafəyə yayılıb.
Tribuna.az xəbər verir ki, bu barədə “Agentstvo” nəşri NASA-nın “Worldview” peyk sisteminə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, tüstü buludu Moskvanın cənub-şərqində ən azı 100 km ərazini əhatə edib.
Tüstü buludu demək olar ki, Moskva və Tula vilayətlərinin sərhədinə çatıb. Tüstü şleyfi isə Ryazan vilayəti istiqamətində hərəkət edib. Yanğından sonra əmələ gələn tüstü şleyfinin ümumi sahəsi təxminən 350 kvadrat km təşkil edib.
Qeyd edək ki, “Wildberries” Rusiyanın ən böyük onlayn ticarət platformalarından biridir.











