Dövlət Turizm Agentliyinin “sevimli” şirkətlərindən olan “VATA” MMC bu dəfə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə anlaşma əldə edib.
Tribuna.az xəbər verir ki, şirkət fondun elan etdiyi tenderin qalibi olub.
Məlumatda bildirilir ki, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılmasını sözüegedən MMC həyata keçirəcək.
Bununla bağlı tərəflər 542 min 387 min manatlıq müqavilə bağlayıblar.
Xatırladaq ki, “VATA” MMC uzun zamandır turizm sahəsində fəaliyyət göstərir. Şirkət əsasən DTA-nın xaricdən qonaların, bloggerlərin, jurnalistlərin və turizm agentlərinin Azərbaycana gətirilməsi ilə məşğul olub. Bu dəfə profili dəyişərək, keçmiş məcburi köçkünlərin geri qayıtması prosesinə qoşulması isə olduqca maraqlı haldır.
Görəsən, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu keçmiş məcburi köçknüləri turist hesab edir?
Fərda Uğur



