“Erməni və yunan xalqları arasında dostluq əsrlərin, minilliklərin dərinliklərinə gedib çıxır. Erməni və Yunan dövlətləri tarixin müxtəlif epizodlarında sıx əməkdaşlıq ediblər. Müasir tarixə nəzər salsaq, Ermənistan son 30 ildə Yunanıstanla güclü tərəfdaşlıq və dostluq münasibətləri qura bilib. Gündəliyimiz bütün sahələrdə kifayət qədər zəngindir. Bugünkü görüşümüzə gəlincə, bu, həm də bu gündəliyi həll etmək, əlaqələrə yeni enerji vermək, intensiv siyasi dialoqumuzu bir addım irəli çəkmək, iqtisadiyyatdan təhlükəsizlik, müdafiədən tutmuş mədəniyyətə qədər bir çox mövzuları müzakirə etmək üçün çox yaxşı fürsət idi”.
Tribuna.az Hraparak nəşrinə istinadən xəbər verir ki, ER xarici işlər naziri Ararat Mirzoyan bir müddət əvvəl İrəvanda Yunanıstanın xarici işlər naziri Yorgos Gerapetritislə birgə mətbuat konfransı zamanı bildirib.
“Biz həmçinin bu il üçün tədbirləri və yüksək səviyyəli rəsmi səfərlərdən başlayaraq müxtəlif sahələrdə fəaliyyətlərə qədər unikal yol xəritəsini müəyyən etdik. Təbii ki, hökumətlərarası komissiyanın ilin birinci yarısına planlaşdırılan iclası burada çox mühüm rol oynaya bilər. Mən həmkarıma Yunanıstanın Ermənistan-Aİ münasibətlərinin dərinləşməsi prosesində göstərdiyi dəstəyə görə təşəkkür etmək istəyirəm”, – Mirzoyan bildirib.









