Meyvə qiymətləri niyə bahalaşır? – Ekspert səbəbləri AÇIQLADI

Meyvə qiymətləri niyə bahalaşır? – Ekspert səbəbləri AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aramsız yağan yağışları yay meyvələrinin qiymətini durmadan artırır. Bu gün havalar isindikcə daha da enməli olan çiyələk qiymətinin bir az daha bahalaşmasının səbəbi də məhz son günlər yağan yağışlardır.

Bu sözlıri Tribuna.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov yay meyvələrinin qiymətinin niyə hələ də çox baha olması ilə bağlı danışarkən deyib.
Ekspert bildirib ki, davamlı yağan yağışlar çiyələk plantasiyalarına ciddi ziyan vurur və bu kimi yetişən, yetişməkdə olan yay meyvələrini məhv edir:
“Belə hava şəraitində məhsulu yığmaq və logistika işlərini həyata keçirmək çətinləşir. Çiyələk ləkləri qurumalıdır ki, məhsul yığımı mümkün olsun. Təchizatda yaranan problemlər isə qiymət artımına səbəb olur.
Əlverişsiz hava şəraiti əkin-biçini çətinləşdirdiyi kimi, meyvə yığımın da çtinləşdirir və ləngidir. Meyvələr plantasiyalarda məhv olur, kəndçi məhsulunu yığa bilmir və zərər edir.
Qiymətlər də bu səbəbdən artır. Çünki məhsul da azalır. Yağış çoxunu məhv edir. Hava şəraiti yağışlı keçməsə, qiymətlər hər kəs üçün daha əlçatan olardı”.

Gülşən Rəsul