Metrodakı problemin səbəbi açıqlandı-VİDEO

Metrodakı problemin səbəbi açıqlandı-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün baş vermiş texniki insidentlə əlaqədar bütün sərnişinlərimizdən, o cümlədən ictimaiyyətdən üzr istəyir, eyni zamanda bu müddət ərzində anlayış göstərdiyi üçün hər bir kəsə təşəkkür edirəm.

Təxminən saat 12:10 radələrində Ulduz-Nərimanov mənzilində aralıq kabelində baş vermiş qısaqapanma nəticəsində təmas relsinə gərginliyin verilməsində kəsinti yaranıb. Sadə dildə desək, Bakı Metropoliteni qatarlarının hərəkətinin əsas təminatverici qüvvəsi elektrik enerjisi olduğu üçün yüksək gərginlikli elektrik enerjisinin verilməsi kəsilib və bu səbəbdən Ulduz–Nərimanov mənzilində qatarların hərəkəti mümkün olmayıb”.

Tribuna.az xəbər  xəbər verir ki, bu sözləri “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisiBəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
“Texniki insident nəticəsində hər hansı insan itkisi olmayıb. Sərnişinlərin təhlükəsizliyi Bakı Metropoliteni üçün prioritet olduğu üçün, eləcə də Bakı Metropoliteninin normativ tələblərinə uyğun olaraq dərhal müvafiq tədbirlər görülüb. İlk növbədə bütün stansiyalarımızda istisnasız olaraq sərnişin axınının və sərnişin hərəkətinin tənzimlənməsi ilə bağlı müvafiq təlimatlar verilib. Sərnişinlərimizin rahatlığı üçün onların müraciətlərinə diqqət edilməsinə xüsusi önəm verilib.
Bundan əlavə, dərhal texniki araşdırma işlərinə başlanılıb. İlkin verdiyim məlumat bundan ibarətdir. Bütün məsələlər texniki müstəvidə xüsusi qaydada araşdırılacaq, bütün versiyalar təhlil ediləcək. Bakı Metropoliteni üçün həmişə olduğu kimi, bu gün də texniki məsələlərin tam şəffaf və açıq şəkildə ictimaiyyətə bildirilməsi prioritet vəzifə olaraq qalacaq.
Onu da xüsusi qeyd edim ki, hadisə baş verən zaman Bakı Metropoliteninin xətlərində 30 qatar olub, onlardan cəmi 4-ü tuneldə olub və sərnişinlərin təxliyəsi Bakı Metropoliteninin normativlərinə uyğun olaraq ən qısa müddətdə uğurla həyata keçirilib. Hər hansı sərnişin şikayəti və ya sərnişinin özünü pis hiss etməsi ilə bağlı məlumat daxil olmayıb. Bununla belə, Metropoliten bununla əlaqədar da preventiv tədbirlər görüb.
Hadisənin araşdırılması yaxın günlərdə tam və müfəssəl şəkildə təmin olunacaq və bununla bağlı ictimaiyyətə əlavə məlumatlar veriləcək. Onu da bildirim ki, Bakı Metropoliteni xətlərinə gərginliyin bərpası 14 dəqiqə ərzində təmin olunub. Daha sonra 15:00-a qədər qatarların hərəkətinin tənzimlənməsi və yoxlanılması tədbirləri tam təmin edilib və 15:00-dan etibarən sərnişinlər qəbul edilib. Hazırda Metropoliten normal qrafik üzrə hərəkət cədvəlinə uyğun fəaliyyətini davam etdiri