Onlar da güzəştli ipoteka kreditindən yararlana biləcək – Fərman

Onlar da güzəştli ipoteka kreditindən yararlana biləcək – Fərman

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilib.

Tribuna.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, ən azı 3 il stajı olan məhkəmə hakimləri güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaqlar.