Vergi borcu olan kommunal müəssisə Milli Konservatoriyanın tenderini qazanıb-FOTO

Vergi borcu olan kommunal müəssisə Milli Konservatoriyanın tenderini qazanıb-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Milli Konservatoriyası” Publik Hüquqi Şəxsi bərk məişət tullantılarının daşınması və zərərsizləşdirməyə təhvil verilməsi xidmətlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.

Tribuna.az xəbər verir ki, 32gun.az-ın əldə etdiyi məlumata görə, satınalma müsabiqəsinin qalibi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Kommunal Xidmətlər Müəssisəsi” MMC seçilib.

Tərəflər arasında ümumi dəyəri 4.505 AZN təşkil edən müqavilə imzalanıb. Diqqətçəkən məqam isə odur ki, qalib gələn dövlət müəssisəsinin hazırda 10.321,25 manat məbləğində vergi borcu mövcuddur.

 

Qanunvericiliyə görə vergi borcu olan müəssisələrin tenderlərdə iştirakı məhdudlaşdırılsa da, qurumun bu satınalmada qalib elan edilməsi maraq doğurub.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdur.

 

Həmçinin bildiririk ki, qurumun tabeliyindəki “Kommunal Xidmətlər Müəssisəsi” MMC-nin rəisi (direktoru) Ramsin Abdullayevdir

Azərbaycan Milli Konservatoriyasının (AMK) rəhbəri rektor vəzifəsini sənətşünaslıq elmləri doktoru, professor Kamilə Dadaşzadə icra edir