Lionel Messi Argentina millisində sonuncu oyununu keçirəcək.
Tribuna.az xəbər verir ki, bu barədə Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Tapia məlumat verib.
39 yaşlı hücumçunun milli komandada sonuncu matçı oktyabrın 6-da baş tutacaq. Həmin gün Argentina yığması yoldaşlıq görüşündə Beninlə qarşılaşacaq.
Matç Buenos-Ayresdəki “Monumental” stadionunda keçiriləcək.









