Türkiyəli aktrisa Ezgi Mola uşaqlıq illərində yaşadığı zorakılıqla bağlı ilk dəfə açıqlama verib.
Tribuna.az xəbər verir ki, tanınmış aktrisa qatıldığı televiziya proqramında məktəb illərində artıq çəkisinə görə həmyaşıdları tərəfindən zorakılığa məruz qaldığını bildirib. Onun sözlərinə görə, həmin dövrdə bu vəziyyət psixoloji olaraq ona ciddi təsir edib.
Ezgi Mola qeyd edib ki, uşaqlar arasında bu cür davranışlar çox yayılıb və bunun qarşısının alınması üçün valideynlər və müəllimlər daha diqqətli olmalıdır. Aktrisa hər bir uşağın fərqli olduğunu və bu fərqliliklərin lağ obyektinə çevrilməsinin yolverilməz olduğunu vurğulayıb.
Mola həmçinin bildirib ki, zaman keçdikcə özünə inamını bərpa etməyi bacarıb və bu cür təcrübələr onun daha güclü insan kimi formalaşmasına səbəb olub.
Qeyd edək ki, aktrisa daha əvvəl də şəxsi həyatı və psixoloji çətinlikləri ilə bağlı səmimi açıqlamaları ilə gündəmə gəlib. Onun sənət yolunda Sezen Aksu kimi məşhurların da dəstəyi xüsusi rol oynayıb.
Gülşən Rəsul












