Məktəblərə verilən vəsaitləri direktorlar mənimsəyir? – ŞOK FAKTLAR

Məktəblərə verilən vəsaitləri direktorlar mənimsəyir? – ŞOK FAKTLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məktəblərdə müəllimlər tərəfindən A4, marker, silgi və sair üçün valideynlərdən yığılan pullar tamamilə qanunsuzdur. Çünki dövlət məktəbləri bu kimi vasitələrlə təmin edir. Ancaq ya bu vəsaitlər məktəblərə çatdırılmır, ya da direktorlar tərəfindən mənimsənilir.

Bu sözləri Tribuna.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev məktəblərdə hələ də yığılan fond pulu, müəllimlərə çatdırılmayan A4, marker kimi ləvazimatlardan danışarkən deyib.


Ekspert bildirib ki, bununla bağlı sərəncam da var:

“Sərəncama əsasən dövlət məktəblərinə ayrılan vəsait şagirdlərin sayına əsasən hesablanacaq və şagirdin oxuduğu təhsil səviyyəsinə uyğun əlavə əmsal tətbiq ediləcək. Yəni məktəbin şagird sayına görə bütün ehtiyaclar dövlət tərəfindən görüləcək.

Elm və Təhsil Nazirliyi məktəblərin bu kimi ehtiyaclarını özü həyata keçirir. Yuxarıda sadaladığınız vəsaitlər məktəblərə göndərilir.

Əgər valideynlərdən buna görə pul yığılırsa, ya bu vəsaitlər məktəbə çatdırılmır, ya məktəbə çatdıqdan sonra məktəb rəhbərliyi tərəfindən mənimsənilir, ya da müəllim bu vəsaitləri istifadə etmir və ya mənimsəyir. Bu araşdırılmalıdır. Burada artıq insan faktoru var. Bu vəsaitlər hər bir məktəb üçün ayrılır və məktəblərə çatdırılır. Ancaq məktəb rəhbərliyi bunu mənimsəyirmi, ya necə olur ki, müəllimə çatmır bu vəsaitlər, artıq bu araşdırılmalıdır”.

Ekspert bildirib ki, 7 mamatlıq A4 vərəqləri üçün valideynlərdən 10 manat pul tələb edilir:

“Bir A4 qutusunda olan vərəqlərlə bir sinfin summativ imtahanlarını hazırlamaq mümkündür. Amma 30 valideyndən bunun üçün 10 manatdan pul yığılır. Valideynlərdın yığılan o pullar hara gedir, kimlərim cibinə gedir?

Bunu etməmək üçün məmurda da, direktorda da, müəllimdə də vicdan olmalıdır.

Valideynlır ayıq olmalıdır. Bu pulları ödəməkdən imtina etməyi öyrənməlidir”.

Nigar İxtiyarqızı