Məktəblərdə tədris davam edir, dağıntı qeydə alınmayıb

Məktəblərdə tədris davam edir, dağıntı qeydə alınmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi zəlzələ ilə bağlı məlumat yayuıb.

Qurumdan bildirilib ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına istinad edərək Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi olaraq uşaqlara, şagird və valideynlərə həyəcanlanmamağı və narahat olmamağı tövsiyə edib:

 

“Hazırda həm Bakı Şəhər Təhsil İdarəsinin, həm də Regional Təhsil İdarələrinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində tədris davam etdirilir”.