MƏKTƏBLƏR DİSTANT TƏHSİLƏ NİYƏ KEÇMİR?

MƏKTƏBLƏR DİSTANT TƏHSİLƏ NİYƏ KEÇMİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm və Təhsil Nazirliyi ölkədə uşaqlar arasında yayılan qızılca ilə bağlı distant təhsilə keçməyə tələsmir. İndiyədək cəmi 2-3 məktəbin distanta keçdiyi bildirilir. Halbuki hazırda nazirliyin distantla bağlı imkanları, texnologiyaları və təcrübəsi əvvəlki illərdən daha çoxdur.Tribuna.az yazır ki, bu barəfə fikir bildirən Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib ki, distant təhsil formasını tam qanuni müstəviyə gəlməyib:

“İndiki halda tətbiq olunan metod ən yaxşı halda “distant texnologiyalardan istifadə edərək tədris prosesinin təşkili” hesab oluna bilər.


Hansı ki, buna, qanunvericilikdə nəzərdə tutulan distant təhsil forması demək doğru olmazdı.

Düşünürəm ki, hazırda təhsil müəssisələrində ibtidai siniflərdə qızılcanın çox yayıldığını nəzərə alsaq distant tədirsə keçmək daha təhlükəsiz və faydalı ola bilərdi.

Nazirliyin də “Virtual məktəb” platforması tam işlək vəziyyətdədir, Video.edu.az rəqəmsal platforması xeyli təkmilləşib və müəllimlərin də ötən illərə nisbətən təcrübəsi çoxdur. Nazirlik özü də indiki halda Covid dövrünə nisbətən distanta daha çox hazırdı.

Həkimlər də qızılcaya tutulmuş uşaqların digər uşaqlarla yaxın təmasda olmasını məqsədəuyğun hesab etmirlər.

Kütləvi yoluxmanı və real, daha ağır nəticələri gözləmək doğru olmazdı.

Belə olan halda, düşünürəm ki, ETN-nin qızılca ilə bağlı daha ağır nəticələrdən sığortalanmaq üçün ibtidai siniflərin distanta keçməsi ilə bağlı qərar verməsi doğru və faydalı olardı”.