“Lorentso” qasırğası beşinci kateqoriyaya qədər güclənib

“Lorentso” qasırğası beşinci kateqoriyaya qədər güclənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Atlantik okeanında baş verən Lorentso qasırğası beşinci kateqoriyaya qədər güclənib.

TİA.AZ-ın məlumatına görə, bu barədə ABŞ Milli Qasırğa İzləmə Mərkəzindən bildirilib.

Məlumata əsasən, küləyin sürəti 72 m/s-dək yüksəlib, bu da Saffir-Simpson şkalası üzrə beşinci kateqoriyaya uyğundur.

Qasırğa 17 km/saat sürətlə şimala doğru irəliləməyə davam edir və hazırda Azor adalarından 2270 km məsafədə yerləşir.