LİTVA AZƏRBAYCANA SƏFƏRLƏRƏ QADAĞA QOYDU, BAKIDAN REAKSİYA

LİTVA AZƏRBAYCANA SƏFƏRLƏRƏ QADAĞA QOYDU, BAKIDAN REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Litva Müdafiə Nazirliyi hərbi qulluqçuların asudə vaxtlarında səyahətinə qadağa qoyulması təklif olunan ölkələrin siyahısını hazırlayıb. Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Ermənistan, Azərbaycan, Gürcüstan, Çin, Moldova və Dnestryanı bölgənin dost olmayan ölkələr siyahısına daxil edilməsi təklif olunub. Daha əvvəl Azərbaycana dost olduğunu dəfələrlə bəyan edən rəsmi Vilnüsün belə addıma hazırlaşması təəccüb doğurur.
Bəs Litvanın bu yanaşmasının səbəbi nədir?
Bu barədə Tribuna.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirdi ki, Litvanın Azərbaycanla münasibətlərində pozitiv məqamlar çoxdur. Amma bəzən bütün bunlara rəğmən Litva çox anlamsız şəkildə iki ölkə əlaqələrinə uyğun olmayan addımalr atır:
“Azərbaycan Avropa bazarlarında uzun illərin təcrübəsinə malik olaraq bu gün də etibarlı tərəfdaş və potensial imkanlara malik olduğunu sübut edib. Hətta Avropa İttifaqı ilə də mühüm ticarət tərəfdaşlığının inkişafı bu amillə bağlıdır desək səhv etmərik. Siyasi baxımdan bu bir həqiqətdir ki, Vətən maharibəsinin nəticələri bir daha sübut etdi ki, Azərbaycanın imkanları sonsuzdur və onunla əməkdaşlıq yalnız qarşı tərəfə fayda gətirə bilər. Litva Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Azərbaycan Avropa İttifaqının Tvinninq proqramı üzrə Litvanın ən yaxın tərəfdaşlarından biridir. 2007-2022-ci illərdə Litva Azərbaycanda keçirilən 26 layihə seçimində iştirak edib və onlardan 17-sində qalib gəlib. Eyni zamanda cənab Prezidentin dəfələrlə Litvaya səfərləri gerçəkləşib. Litvanın indiki və keçmiş önəmli siyasi rəhbərləri indi də Azərbaycanıa yaxşı münasibətlərə malikdirlər. Hər halda Litva hərbçilərə bəlkə də sonuncu antiterror əməliyyatlarına görə profilaktik olaraq səfəri qadağan edib. Mən düşünmürəm ki, bu qərar iki ölkə arasındakı münasibətləri kökündən zədələsin”.