Keçmiş prezident “İnterpol” xəttilə axtarışa verildi

Keçmiş prezident “İnterpol” xəttilə axtarışa verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Boliviyanın sabiq prezidenti Evo Morales İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.
Bu barədə sabiq prezident Meksikada keçirdiyi mətbuat konfransında bildirib.

“Etmədiyim cinayətlərə görə Cənubi Amerikada axtarışa verilmişəm”, – deyə Morales əlavə edib.

Onun sözlərinə görə, keçmiş vitse-prezident Alvaro Qarsia Linera da axtarışa verilib.

Xatırladaq ki, Boliviyada prezident seçkilərinin nəticlərinin elanından sonra etirazlar başlayıb və Evo Morales noyabrın 10-da vəzifəsindən istefa verib. Bundan sonra sabiq prezident ölkəni tərk edərək Meksikaya sığınıb.