Kanadada seçkini uduzan namizədlərə 11,5 min dollar pul ödənəcək

Kanadada seçkini uduzan namizədlərə 11,5 min dollar pul ödənəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadada bu ilin oktyabr ayının 21-də İcmalar palatasına keçirilən seçkilərdə təkrar seçilə bilməyən deputatlar dövlətdən 15 min Kanada dolları (təxminən 11,5 min ABŞ dolları) təzminat alacaqlar.

TİA.AZ  xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə CBC kanalı məlumat yayıb.

Kanalın informasiyasına əsasən bəhs olunan məbləğ “parlament fəaliyyəti bitdikdən sonra adi vətəndaşlıq həyatına geri dönən” 48 millət vəkilinə ayrılacaq. Həmin deputatlardan 29-u baş nazir Castin Trüdonun rəhbərlik etdiyi Liberal partiyanın üzvləridir.

Xatırladaq ki, Liberal partiya son seçkilərin də qalibi sayılır. Yerli seçki komissiyasının rəsmi məlumatına əsasən, hakim siyasi qüvvə 33,1% səs toplamağa müvəffəq olaraq, 338 daitrənin 157-də deputat yeri qazanıb.

Müxalifətdəki Mühafizəkarlar partiyası isə ümumlikdə 34,4% səs toplasa da, cəmi 121 mandat əldə edib.

Üçüncü sırada 7,7%-li səslə 32 dairənin qalibi “Kvebek bloku”, dördüncü yerdə isə 15,9% səslə 24 dairədə qələbəni təmin edən Yeni Demokratik Partiya gəlir. Yaşıllar partiyası 6,5% səs və 3 mandat qazanıb.

Hökumət formalaşdırmaq üçün liberallar 170 mandata sahib olmalı idilər. Lakin baş nazir Castin Trüdo indidən heç bir siyasi qüvvə ilə koalisiyaya getməyəcəyini bəyan edib.