Bu həftəsonu Bakıda böyük əyləncə olacaq: Giriş və konsertlər pulsuzdur

Bu həftəsonu Bakıda böyük əyləncə olacaq: Giriş və konsertlər pulsuzdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 23–25-də Bakıda, Dənizkənarı Milli Parkda üç gün davam edəcək Zeytun Festivalı təşkil olunacaq. Festival çərçivəsində məşhur müğənnilərin iştirakı ilə konsertlər, müxtəlif əyləncə proqramları, dequstasiyalar və kulinariya tədbirləri keçiriləcək. Festival ərazisinə giriş, əyləncə və konsert proqramlarında iştirak ödənişsiz olacaq.

Tribuna.az Marja-ya istinadla xəbər verir ki, festival Dövlət Kukla Teatrının yaxınlığında təşkil ediləcək. Tədbirin əsas məqsədi Azərbaycanda zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların tanıdılması və zeytun məhsullarına marağın artırılmasıdır.

Festivalda ziyarətçilərə yerli istehsalçıların zeytun və zeytun yağı məhsulları təqdim ediləcək. İştirakçılar müxtəlif məhsulların dadına baxmaq, yeni kulinariya təcrübələri qazanmaq və istehsalçıların məhsulları ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Tədbir çərçivəsində uşaqlar üçün əyləncələr, rəngarəng sənət nümayişləri və canlı musiqi proqramları da nəzərdə tutulub.

Məşhur müğənnilər pulsuz konsert verəcəklər

Festivalın üç günü ərzində tanınmış Azərbaycan ifaçıları və musiqi qrupları tamaşaçılar qarşısına çıxacaqlar.

Konsert proqramına əsasən:

– 23 oktyabr – DJ Kamo.

– 24 oktyabr – Rilaya, Mərdan Kazımov, Orxan Zeynallı, Əməkdar artist Xəyyam Nisanov və Xalq artisti Zülfiyyə Xanbabayeva.

– 25 oktyabr – “Wave Band”, Teymur Süleymanbəyli, “The Excellent Band”, Azad Şabanov, Zamiq Hüseynov və Xalq artisti Aygün Kazımova.

Oktyabrın 25-də festivalın yekun konserti Xalq artisti Aygün Kazımovanın çıxışı ilə başa çatacaq.

Keçiriləcəyi yer və tarix:  23–25 oktyabr 2026-cı il, Bakı, Dənizkənarı Milli Park, Dövlət Kukla Teatrının yaxınlığı

Giriş, konsertlər və əyləncə proqramları pulsuzdur.

Festival Dövlət Turizm Agentliyi və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi, “Absheron Olive Gardens” və “Olivea” zeytun məhsullarının sponsorluğu ilə keçiriləcək.