İranın şimalındakı Semnan əyalətində şaxtada baş verən partlayış nəticəsində 6 nəfər dağıntılar altında qalıb.
Tribuna.az xəbər verir ki, bu barədə “Fars” agentliyi respublikanın Qızıl Aypara Cəmiyyətinə istinadən məlumat yayıb.
Təzrə mədənində partlayış olub və zərərçəkənlərə yardım göstərmək üçün əraziyə xilasedicilər göndərilib”, – məlumatda deyilir.
Partlayış nəticəsində dağıntılar altında altı nəfərin olduğu qeyd edilir.
Təcili yardım xidmətləri hadisə yerindədir.









