İranda dəhşətli hadisə: Bənd qurudu, 74 cəsəd üzə çıxdı

İranda dəhşətli hadisə: Bənd qurudu, 74 cəsəd üzə çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tehranın yaxınlığında yerləşən Kərəc şəhərindəki su bəndinin qurumasından sonra ərazidən 74 insan meyidi tapılıb.

Tribuna.az xəbər verir ki, bu barədə “İran İnternational” kanalı məlumat yayıb.
Məlumatda qeyd edilir ki, həmin cəsədlərin şəxsiyyətləri barədə hər hansı məlumat verilmir.
Kərəc bəndinin direktoru Məhəmməd Əli Moallem məlumatı təkzib etsə də, İran Ali Təhlükəsizlik Şurası dərhal media nümayəndələrinə xəbər göndərib ki, bu barədə hər hansı xəbər dərc etməsin.
Ehtimal olunur ki, bu şəxslər molla rejimi tərəfindən gizli şəkildə qətlə yetirilmişlərdir və onları izlərini itirmək üçün bəndə atıblar.
Qeyd edək ki, 2019-cu il noyabr etirazları zamanı yüzlərlə insanın itkin düşməsi barədə hələ xeyli əvvəldən məlumat var idi. Həmin şəxslərin molla rejimi tərəfindən öldürüldüyü və izlərinin itirildiyi də şübhə doğurmurdu. Güman ki, Kərəc bəndindən tapılan meyidlər də həmin itkin düşənlərdir.

Fərda Uğur